Mahirin son durumu müəyyənləşdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə oyunda zədələnmiş “Qarabağ”ın hücumçusu Mahir Əmrəli bu gün tibbi müayinədən keçib.

Allsport.az xəbər verir ki, milli komandanın həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunduqdan sonra onun sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanmışdır.

Həkimlərin ilkin diaqnozuna görə 23 yaşlı hücumçu 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Həmin kateqoriyadan