Mahirin transferində son durum

“Qarabağ”ın hücumçusu Mahir Əmrəlinin “Legiya”ya keçidi baş tutmaq üzrədir. Allsport.az xəbər verir ki, artıq keçidin baş tutmaması üçün heç bir əngəl qalmayıb. İddia olunur ki, Mahirlə Polşa klubunun rəhbərliyi arasında aparılan son danışıqlar nəticəsini verib.

Mənbə yazır ki, keçidin reallaşması üçün premyer liqanın başa çatması gözlənilir. Bundan dərhal sonra 23 yaşlı hücumçu Varşavada tibbi müəyinədən keçəcək və “Legiya” ilə müqavilə imzalayacaq.

Həmin kateqoriyadan