Maksim 500-ə çatdı

Maksim Medvedev oyun sayında rekordçusu olduğu “Qarabağ”da 500-cü matçını keçirib. Allsport.az saytı xəbər verir ki, yubiley premyer liqanın 22-ci turuna təsadüf edib.

Sumqayıtda eyniadlı komanda ilə səfər görüşü (3:0) 33 yaşlı müdafiəçinin 1000-i yarılaması ilə əlamətdar olub. Maksim bu matçlarda 17 qol vurub. O, ölkə çempionatında 340 (12 qol), avrokuboklarda 114 (3 qol), ölkə kubokunda 46 (2 qol) matça çıxıb.

Karyerası ərzində yalnız “Qarabağ”da çıxış edən müdafiəçi yetirməsi olduğu klubun əsas komandada 2006-cı ildə debüt edib.

Həmin kateqoriyadan