Maksim Medvedev: Bu “Qarabağ” dövrünün ən güclüsüdür

“Bu çempionat ən çətin və ən maraqlı oldu. Çünki hərtərəfli mübarizə aparmağa çalışırdıq. Yaxşı komanda formalaşıb. Oyunçu sayı çoxdur. Zədəlilərimiz də az oldu. Ona görə də sonadək vuruşa bildik”. Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Maksim Medvedev 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə deyib. Onun fikrincə, bu komanda dövrünün ən güclüsüdür:

“Builki komanda ən yaxşı komandadır. Çünki, hərtərəfli mübarizə apara bilirik, heyətimiz genişlənib. Tək futbolçular yox, bilmədiyiniz şeylər var ki, onlar da çoxalıb. Ona görə də nəticələr gəlir. Çempionlar liqasında yeni tarix yazmaq istəyirik. İlk növbədə, çalışacağıq ki, Avstriyada yaxşı toplanış keçək. İnanıram ki, uşaqlar hara getdiyimizi dərk edir. Orada səhv etməyə haqqımız yoxdur. İstəyirik ki, azarkeşlərimizi sevindirək və daha da irəli gedək”.

Həmin kateqoriyadan