“Matçın gedişində müdafiəçimizdən birinə nəsə olsaydı, sonra nələr baş verərdi, bilmirəm”

“Bizim üçün hər oyun çox vacibdir. Rəqibin gücünü əksiltməyək. İkinci hissədəki gedişatı gözləyirdik. “Qəbələ” xal itirdiyi üçün rəqibin oyuna çox ciddi yanaşacağını bilirdik. Gərgin oyun alındı. Qələbənin yaxşısı, pisi olmur. 3 xal münasibətilə futbolçularımı təbrik edirəm”.

Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abbasov premyer liqanın 23-cü turunda evdə “Sabah”la görüşdən sonra deyib. O, 1:0 qalib gəldikləri oyundan razı qalıb:

“Əgər müdafiədə oynamaq lazımdırsa, belə oynamalısan, canını qoymalısan. Düşünürəm ki, komandam yetərincə yaxşı oynadı. Oyundan əvvəl ciddi itkilərimiz var. Bu cür rəqibə qarşı 2 əsas müdafiəçisiz meydana çıxmışdıq.

Matçın gedişində də müdafiəçilərdən birinə nəsə olsaydı, ondan sonra nələr baş verərdi, bilmirəm. Düşünürəm ki, layiqli qələbə qazandıq. Artıq ölkə kubokuna hazırlaşacağıq”.

Həmin kateqoriyadan