Mikels “Sabah”a keçidindən danışdı

“Sabah”ın yeni transferi Coy-Lens Mikels açıqlama verib. Allsport.az xəbər verir ki, klubun saytına danışan konqolu vinger “Sabah”a keçidi barədə danışıb:

“Sabah”a gəldiyimə görə xoşbəxtəm. Bura mənim üçün yeni çağırış, yeni təcrübədir. Əlimdən gələni edəcəm ki, mənə olan inamı doğruldum və komandamın uğurlarında əsas pay sahiblərindən olum. Əsas məqsədim “Sabah”la xüsusi bir şeylər yaratmaq və mümkün olduqca çox uğur qazamaqdır. İrəli, “Sabah”!”

“Sabah” Mikelslə 2 illik müqavilə bağlayıb.

Həmin kateqoriyadan