Millimizin hücumçusu İsveçrə superliqasında ilk dövrənin rəmzi komandasında

İsveçrə superliqasında ilk dövrənin rəmzi komandası açıqlanıb. Allsport.az saytı xəbər verir ki, heyətdə “Qrasshoppers”də çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşov da yer alıb.

Azərbaycan millisinin futbolçusu bu mövsüm İsveçrə çempionatında 15 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

“Dəmirçilər” yarış cədvəlində 20 xalla 7-ci sıradadır.

Həmin kateqoriyadan