Millinin italyalı baş məşqçi futbolçularımızı “qorxaq” və “xaraktersiz” adlandırdı

“Azərbaycan millisi ilə bağlı problem çox az vaxtın olmasıdır. Malta və Latviya ilə oynadıq, hər ikisinə 0:1 hesabı ilə uduzduq və yeni sistemi sınadıq”. Allsport.az saytı xəbər verir ki, bunu millimizin baş məşqçisi Canni de Byazi mətbuata müsahibəsində deyib. İtaliyalı mütəxəssis, həmyerlilərinə, mərkəz hücumçusu ilə bağlı problemlərinin olması ilə bağlı sualı belə cavablandırıb:

“Komandada çatışmazlıqlar var. Bunun fonunda nə qurduğumuzu dərk etməkdə çətinlik çəkirik. Problemin üzərində işləyirəm. Komanda ilə bağlı digər problem xarakterdir. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya verə bilmirəm”.

O, iyunda millətlər liqasında sıx qrafiklə oynayacaqlarını da qeyd edib: “Komandalarla bağlı problemlər mövcuddur. 12 gün ərzində 4 oyun keçirəcəyik. Bunu edəcək futbolçularım belə yoxdur! Bəzi şeylər bizi təəccübləndirir”.

“Ay-ulduzlular”ımız “C” liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Qazaxıstanla qarşılaşacaq.

Həmin kateqoriyadan