Şahruddin “Əhməd”in hədəfində

“Qarabağ”ın və Azərbaycan millisinin heyətində inamlı oyun göstərən qapıçı Şahruddin Məhəmmədəliyevə xarici klubların marağı artıb.

Allsport.az xəbər verir ki, qolkiperə maraq göstərən klublardan biri də Rusiyanın “Əhməd” komandasıdır. Rusiya premyer liqasında çıxış edən Çeçenistan klubu ona təklif göndərməyi planlaşdırıb.

Əslən dağıstanlı olan Şahruddin Məhəmmədəliyev ölkəmizdə “Şahdağ” və “Sumqayıt” klublarında da çıxış edib.

Həmin kateqoriyadan