- Baxış sayı: 43
- 22 İyun 2026 16:16
- Baxış sayı: 56
- İyun 22, 2026
- 0

“Sabah” premyer liqanın 12-ci turunda evdə “Qəbələ” üzərində 2:1 əzmkar qələbə qazanıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Murad Musayev bunu söyləyib:
“Azarkeşləri, rəhbərliyi və futbolçuları qələbə münasibətilə təbrik edirəm. Futbolçular bu gün meydanda xarakter göstərdilər. Son dəqiqəyə kimi mübarizə apardılar. Bizim üçün mental baxımdan da mühüm qələbə oldu. Bu qalibiyyət məşqlərdə çəkdiyimiz zəhmətin bəhrəsidir”.