Murad Musayev: “Oyundan razı qaldım”

“Sabah”ın baş məşqçisi Murad Musayev Antalyada təlim-məşq toplanışı çərçivəsində “Varta”ya (Polşa) qarşı keçirilmiş ilk yoxlama görüşünü (1:1) şərh edib. Allsport.az xəbər verir ki, rusiyalı mütəxəssis komandasının oyunundan razılıq bildirib:

“Oyuna nəzarət edir, qol fürsətləri yaradırdıq. Futbolçular oyunboyu pressinq etdilər. Fasilədən sonra ilk matçımız olduğunu nəzərə alsaq, keyfiyyətli oyun nümayiş etdirdiyimizi deyə bilərəm. Bu matçda hər şeydən razı qaldım, son dəqiqədə buraxılan qoldan başqa. Futbolu qalib gəlmək üçün oynayırıq. Bütün oyuna nəzarət edirsənsə, matçın son dəqiqəsində belə diqqətsizliyə yol vermək olmaz. Qeyd etdiyim kimi, son dəqiqədə buraxılan qolu çıxmaq şərtilə bütün oyundan razı qaldım”.

Həmin kateqoriyadan