Musa Qurbanlı 20-ci qolunu vurub

Allsport.az saytı xəbər verir ki, 20 yaşlı hücumçu premyer liqanın 12-ci turunda buna nail olub. “Şamaxı” ilə səfər görüşündə (4:0) dubl edən forvard, “Qarabağ”da qol sayında 20-yə çatıb.

O bunu 40-cı matçında rəsmiləşdirib. Musa ölkə çempionatında 19, Azərbaycan kubokunda 1 dəfə rəqib qapısına yol tapıb.

Musa həm premyer liqa, həm Ağdam klubunda ilk qolunu 2020-ci il noyabrın 8-də “Neftçi” ilə səfər qarşılaşmasına (6:0) vurub.

Həmin kateqoriyadan