“Nə qədər hazır olduğumuzu çempionat göstərəcək”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sumqayıt”a qarşı yoxlama matçı haqqında danışıb. Allsport.az saytı xəbər verir ki, 39 yaşlı mütəxəssis, 0:1 bitən görüş barədə bunu deyib:

“Maraqlı oyun oldu. Xüsusilə də 2-ci hissə sürətli keçdi. Son yoxlama oyunumuz idi. Artıq 1 həftə sonra premyer liqanın ilk turunda “Qarabağ”la qarşılaşacağıq.

Bəzi şeyləri sınaqdan keçirdik. Nə qədər hazır olduğumuzu çempionat oyunları göstərəcək. Hələ də komanda tam istədiyim səviyyədə deyil. Çalışacağıq ki, çempionat oyununa qədər tam hazır formaya yüksələk”.

Həmin kateqoriyadan