- Baxış sayı: 45
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 271
- Noyabr 09, 2026
- 0

“Sumqayıt” premyer liqanın 26-cı turunda öz meydanında “Şamaxı”nı 2:0 yenib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçi Aleksey Baqa sevincini gizlətməyib:
“Nəhayət ki, mən də komandamı təbrik edə bilərəm. Bu gün azarkeşlərimizin fantastik dəstəyi var idi. Hava şəraitinə baxmayaraq onlar bizə sona qədər dəstək oldu. Səbr edib, öz üzərimizdə işləyərək, inanaraq işimizin bəhrəsini gördük. Hamını təbrik edirəm”.