“Nəticəni qələbəyə bərabər tutmuram”

“Sumqayıt” premyer liqanın 13-cü turunda evdə “Neftçi” ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahinlərinin baş məşqçisi Samir Abbasov bunu deyib:

“İlk öncə azarkeşləimizə stadionu doldurduqları üçün təşəkkür edirəm. Bu gün çox möhtəşəm idilər. Oyun gərgin keçdi. İstəmirəm ki, futbolçularımın belə əziyyət çəkdiyi və heç-heçə etdiyi oyuna kölgə salım. İşlərimiz çoxdur. Bizim oyunumuz bu deyil. Bu qədər boşluqdan sonra sən də nələr etməlisən.

Komanda bu vəziyyətdə yaxşı oynadı. Bəzi futbolçularımız hərarəti ola-ola oynadı. Oyundan tez-tez düşürdülər. Nəticəni qələbəyə bərabər tutmuram. Fikirləşirəm ki, qalib gələ bilərdik. Bizim futbolumuz daha gözəl olacaq. “Sumqayıt”ın rəqibləri üçün nə olacağını zamanla görəcəksiniz”.

Həmin kateqoriyadan