Namik Ələskərovun transfer qiyməti açıqlandı

Türkiyənin “Bursaspor” klubunun yay fasiləsində heyətinə cəlb etdiyi futbolçuların transfer qiyməti açıqlanıb.
Allsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun da dəyəri müəyyənləşib. Birinci liqa təmsilçisinin yayda reallaşdırdığı 17 transferdən biri olan Ələskərovun transfer qiyməti 750 min avro göstərilib.
“Neftçi”dən alınan 26 yaşlı oyunçu klubun transferləri arasında ən bahalı 6-cı oyunçudur.
Namik Ələskərov “Neftçi”dən 50 min avroya transfer edilib.

Həmin kateqoriyadan