“Neftçi” 3-cü dövrədə ən yaxşı olsa da, liderliyi “Qarabağ”a təhvil verdi

Premyer liqada III dövrə başa çatıb. Allsport.az xəbər verir ki, dövrənin 28 oyununda 59 qol vurulub.

Qarşılaşmalardan 16-da qalib müəyyənləşibsə, 12 heç-heçə qeydə alınıb. Dövrənin ən yaxşısı “Neftçi” olub. Paytaxt təmsilçisi qələbə, vurulan qol və xal sayında hamını qabaqlayıb. Ən az qol buraxan və top fərqində ən yaxşı olan “Qarabağ” ikincidir. “Sumqayıt”la “Zirə” də ağdamlılar kimi yalnız bir dəfə uduzub.

Dövrə ərzində qələbəsi olmayan yeganə klub “Keşlə” qapısında ən çox qol görən komandadır.

Hazırda turnir cədvəlinə 43 xalla “Qarabağ” başçılıq edir. “Neftçi” 42 xalla 2-cidir.

Həmin kateqoriyadan