“Neftçi” azarkeşləri qəzəbləndi: “Kamran Quliyev yenə rahatlaşıb”

Azərbaycan Premyer Liqasının 24-cü turunda “Neftçi”nin “Sabah”la oyundakı (2:2) çıxışı azarkeşlərinin narazılığına səbəb olub. Allsport.az xəbər verir ki, “ağ-qaralar”ın ən böyük azarkeş qrupu olan “Forza Neftçi” öz feysbuk səhifəsində bu barədə paylaşım edib. Fanatlar bu cür oyunu biabırçılıq adlandırıb və klub rəhbərliyindən çempionluq tələb ediblər:

“Bu oyunla çempionluqdan danışmaq bizim üçün belə ayıbdır. O keçəl yan xətt hakiminin “dolya”sını niyə çatdırmadınız?  Keysuke Hondanı reklam üçün gətirmisizsə, geriyə yola sala bilərsiniz. Talisson Diaz, Stiven Monroz, Anton Krivotsyuk öz oyunları ilə bizim formaya layiq futbolçular deyil.

Deyəsən, ölkədə karantindir deyə Kamran bəy (“Neftçi”nin prezidenti Kamran Quliyev) yenə rahatlaşıb. Biz tribunaya gələ bilmiriksə, o demək deyil ki, sözümüzü çatdıra bilməyəcəyik. Mövsümün sonunda çempionluq gəlməsə, yenə üz-üzə gələcəyik. Bu da burda qalsın. Ya bu oyunlardan sonra nəticə çıxardın, ya da biz başqa formada söhbət edəcəyik”.

“Neftçi” “Sabah”la matçda növbəti xal itkisi ilə üzləşib. Rəqibin 8 nəfərlə qalmasına baxmayaraq, Samir Abasovun komandası qələbə qazana bilməyib – 2:2.

Həmin kateqoriyadan