“Neftçi” braziliyalı hücumçu ilə gücləndi

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Allsport.az xəbər verir ki, “ağ-qaralar” braziliyalı hücumçu Tiaqo Bezerranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tiaqo ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

34 yaşlı futbolçu “Neftçi”də 9 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bezerra daha əvvəl Türkiyədə “Altay”, “Adana Dəmirspor”, Özbəkistanda “Paxtakor”, Qətərdə “Əl Sailiyə”də çıxış edib.

Həmin kateqoriyadan