“Neftçi” çox yaxşı güc nümayiş etdirdi”

Antalyada yoxlama oyununda “Neftçi” ilə qarşılaşan Macarıstanın “Vaşaş” klubunun futbolçusu David Zimonyi açıqlama verib. Allsport.az xəbər verir ki, o, qarşılaşmanı (1:1) şərh edib:

“İlk yoxlama oyunumuz olduğunu nəzərə alsaq, məncə, yaxşı çıxış etdik. Xüsusən də qol vurmağı bacardığım üçün şadam. “Neftçi” fiziki cəhətdən güclü idi. Uzun ötürmədən sonra topu rəqib qapısına göndərə bildim. Biz rəqibin çox yaxşı güc nümayiş etdirdiyini hiss etdik. Ancaq düşünürəm ki, fürsətlərdən yararlana bilsəydik, hesabı xeyrimizə dəyişə bilərdik”.

Həmin kateqoriyadan