- Baxış sayı: 744
- 11 May 2026 16:58
- Baxış sayı: 118
- May 13, 2026
- 0

Fransanın Monpelye şəhərində Avropa çempionatının 2-ci günündə Hidayət Heydərov (73 kq) ardıcıl olaraq Belçika, Polşa, Macarıstan və Moldova təmsilçilərinə qalib gəlib.
Allsport.az saytı xəbər verir ki, finalda ispaniyalı Salvador Kases Roka ilə tutaşmanın əsas vaxtında “kata-quruma” ilə “vazari” xalı alıb və rəqibini “osaekomi” saxlayaraq 2-ci “vazari”i ilə təmiz qələbəni bayram edib.
O, 2017 və 2022-ci illərdə də qitə çempionatında qızıl medala yiyələnib.