- Baxış sayı: 34
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Premyer liqanın XXII turunda “Qəbələ”nin qonağı olacaq “Neftçi”də itkilər var. Allsport.az xəbər verir ki, komandanın qvineyalı yarımmüdafiəçi Mamadu Kane və bombardiri Namiq Ələsgərov 21-ci turun “Sumqayıt”la matçında (0:2) sarı vərəqə limitini doldurublar.
Bu səbəbdən hər iki futbolçu Qəbələ səfərində komandaya kömək etməyəcəklər. Aprelin 10-da keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 16:00-da başlayacaq.