“Neftçi” Türkiyə klubunu məhkəməyə verir

“Neftçi”, millinin futbolçusu Namiq Ələskərovun “Bursaspor”a keçməsilə bağlı şikayət edəcək. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” futbolçunun komanda ilə müqaviləyə birtərəfli şəkildə xitam verməsini əsassız hesab edir.

Bu üzdən də, flaqman futbolçusu və onunla müqavilə imzalayan Türkiyə klubuna qarşı gecikmədən hüquqi prosesin başlanmasını lazım bilib. Bu məqsədlə vəkillərə müvafiq tapşırıq verilib.

Namiq bu gün Türkiyənin 1-ci liqa təmsilçisi ilə rəsmi müqaviləyə imza atıb.

Həmin kateqoriyadan