“Neftçi” və “Səbail” cərimələnib

AFFA intizam komitəsi növbəti iclasını keçirib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 11-ci turunda qayda pozuntuları barədə qərarlar verilib. 

“Səbail” – “Şamaxı” oyununda meydan sahiblərinin futbolçusu Tural Bayramlı oyunun 42-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.

“Neftçi” – “Sabah” oyununda meydan sahiblərinin futbolçusu İsmayıl Zülfüqarlı oyunun 75-ci dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimələnib.

Həmin kateqoriyadan