- Baxış sayı: 40
- 22 İyun 2026 17:20
- Baxış sayı: 31
- İyun 22, 2026
- 0
“Neftçi”də müşahidə şurasının iclasının günü dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, toplantı iyunun 8-nə təyin edilib. Gündəliyə hesabatların dinlənilməsi, “A” və “B” komandaların baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi və təsdiqi, növbəti mövsümün büdcəsi və digər məsələlər daxildir.
Hhazırda “ağ-qaralar”ın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri belaruslu mütəxəssis, BATE və SSKA-nın (Moskva) çalışdırıcısı olmuş Viktor Qonçarenkodur.
Əlavə edək ki, 2019/20 və 2020/21 mövsümlərində “Neftçi”nin baş məşqçisi olmuş Samir Abbasovla müqavilənin müddəti son mövsümün yekununda başa çatıb.