“Neftçi”nin futbolçusuna Qvineyadan çıxmasına zəmanət verildi

“Hazırda narahatlığa əsas yoxdur”

Allsport.az xəbər verir ki, bunu Qvineya millisinin baş məşqçisi Didye Siks ölkədən çıxa bilməyən futbolçular haqqında danışarkən deyib.

67 yaşlı fransalı mütəxəssis legioner həyatı yaşayan oyunçuların Qvineyanı tərk etməsi üçün çalışdıqlarını bildirib: “Futbolçuların oynadıqları klublara qayıtmaları üçün səy göstəririk. Əminəm ki, problem dərhal həll olunacaq”.

Bundan əlavə, federasiya prezidenti Mamadu Antonio Suare oyunçularla görüşüb və onlara çıxış etdikləri ölkələrə sağ-salamat qayıdacaqlarına dair zəmanət verib.

Qeyd edək ki, “Neftçi”nin futbolçusu Mamadu Kane də hərbi çeviriləşə görə ölkəni tərk edə bilmir. 24 yaşlı yarımmüdafiəçi Mərakeş yığması ilə DÇ-2022-nin seçmə oyununa görə Afrikaya yollanıb. Sentyabrın 6-da keçirilməli olan Qvineya – Mərakeş görüşü FIFA-nın qərarı ilə təxirə salınıb. Bir həftə ərzində ölkəyə bütün giriş-çıxışlar dayandırılıb.

Xatırladaq ki, müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan Mamadu Kane icarə əsasında “ağ-qaralar”da çıxış edir.

Həmin kateqoriyadan