“Neftçi”nin hücumçusunun arzusu

“Neftçi”nin belaruslu hücumçusu Yeqor Boqomolski gələcəklə bağlı hədəflərini açıqlayıb. Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçu güclü liqaların birində çempionluq arzuladığını bildirib:

“Çempionlar liqasında oynamaq istəyirəm. Məni heç nə təəccübləndirməz. Hər bir futbolçu kimi, çempionlar liqasında oynamaqla yanaşı, Avropanın güclü çempionatında uğur qazanmaq istəyirəm. Həmçinin Belarus millisi ilə də böyük turnirə qatılmaq arzusundayam”.

“Neftçi”yə ötən ilin yayında Belarusun “Minsk” klubundan keçən Yeqor Boqomolski cari mövsüm premyer liqada 14 oyunda 2 qol vurub.

Həmin kateqoriyadan