“Neftçi”nin rəqibi 2 futbolçunu yola saldı

“Neftçi”nin çempionlar liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Gürcüstanın “Dinamo” (Tbilisi) komandası iki futbolçusu ilə yollarını ayırıb. Allsport.az xəbər verir ki, Tbilisi təmsilçisi müdafiəçi Viktor Monçil və yarımmüdafiəçi Filip Orşula ilə yollarını ayırıb.

Hər iki futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Neftçi” ilə “Dinamo” arasında ilk oyun iyulun 7-də Tbilisidə, cavab matçı isə 14-də Bakıda olacaq.

Həmin kateqoriyadan