- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0
13-17 yanvarda Antalyanın Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” mehmanxanasında məskunlaşacaq “Neftçi”nin sonuncu rəqibi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” yanvarın 26-da Bolqarıstanın “Beroe” klubu ilə qarşılaşacaq.
Dünən bayraqdar bir araya gələrək, məşqləri bərpa edib. Ayın 13-dək Bakıda təlim-məşq toplanışı keçəcək “ağ-qaralar” həmin gün Türkiyəyə yola düşəcək. “Neftçi” ayın 18-də “Qaz Metan” (Mediaş, Rumıniya), 23-də “Slovan” (Liberes, Çex Respublikası) klubları ilə yoxlama oyunu keçirəcək.