“Neftçi”nin yeni baş məşqçisi

“Neftçi”nin yeni baş məşqçisi

“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, flaqmanı rumıniyalı Laurensiu Regekampf çalışdıracaq. 46 yaşlı mütəxəssisin təqdimatı klub televiziyası vasitəsilə olub. O, “ağ-qaralar”la 2 illik müqaviləyə imza atb.

Regekampf ölkəsində “Snaqov”, “Qloriya” (Bıstritsa), “Konkordiya”, “Styaua” kimi komandalarda çalışıb. Bolqarıstanın “Liteks”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Əhli”, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vahda” və “Əl-Vasl” klublarında baş məşqçilik edib. Onun sonuncu iş yeri “Universitatya” (Krayova) olub.

Həmin kateqoriyadan