- Baxış sayı: 43
- 22 İyun 2026 16:16
- Baxış sayı: 56
- İyun 22, 2026
- 0

“Kəpəz”in legionerləri – Ahmed Ayzaya və Abdullahi Şuaybu Türkiyəyə yollanıb. Allsport.az saytına verilən məlumata görə, nigeriyalı futbolçular bu gün səhər komandanın düşərgəsinə qoşulub.
Sənəd məsələlərinə görə kollektivlə birlikdə Türkiyəyə yollana bilməyən legionerlərin problemi dünən həllini tapıb.
Onlara dərhal bilet alınıb və hər ikisi qonşu ölkəyə uçub.