- Baxış sayı: 9
- 10 Noyabr 2026 12:48
- Baxış sayı: 253
- Noyabr 09, 2026
- 0

Nurlan Novruzov Nepalın “Lalitpur Siti” klubunda qol hesabını açıb.
Allsport.az xəbər verir ki, 28 yaşlı hücumçu Superliqanın 5-ci turunda “Lumbini” ilə görüşdə fərqlənib. O, matçın 5-ci dəqiqəsində başla rəqib qapısına yol tapıb. Bu, oyunda yeganə qol olub və Novruzov komandasına qələbə qazandırıb.
Hazırda “Lalitpur Siti” 6 xalla 4-cü pillədə qərarlaşıb.