“Ola bilər, uğurlu nəticələr tez gəlməsin”

Bu gün “Şamaxı”ın yeni idarə heyəti və loqosu ictimaiyyətə təqdim olunub. Allsport.az saytı xəbər verir ki, klubun idarə heyətinin sədri Elçin Usub gələcək strategiyadan söz açıb: “Hədəfimiz hər gün bir addım irəli getməkdir. Peşəkarlığımızın artması hesabına inkişafı təmin etmək istəyirik. Bunun üçün bəlli bir səbr, həmrəylik lazımdır. Ola bilər, uğurlu nəticələr tez gəlməsin. Hər kəsdən anlayış gözləyirik.

İdman inzibatçılığı sahəsində də yeniliklərimiz var. İş prinsiplərimizi dəyişmək istəyirik. Kollegial qərarların qəbul edilməsi əsas hədəflərimizdəndir. Problemlərimiz var. Bunları gizlətmirik. Heç kimə sirr deyil ki, qısa müddət ərzində müəyyən işlər görməyə çalışmışıq.

Görüləcək işlər çoxdur. Bunları mərhələli şəkildə, ardıcıllıqla həll etməyə çalışırıq. Yaxın müddət ərzində daha konkret hədəflərimizi deyə bilərik. Futbol Şamaxıya nə verəcək, 1-2 ildən sonra harada olmaq istəyirik – konkret hədəflərimizi bölüşmək fikrimiz var.

Həmin kateqoriyadan