Ölkə çempionatlarında 60 klub

Bu həftə Azərbaycan premyer liqasında yeni mövsüm start götürəcək. Allsport.az saytı xəbər verir ki, sayca 30-cu ölkə çempionatı yubiley xarakteri daşıyır. 1992-ci ildən keçirilən yarışda indiyədək 60 klub mübarizə aparıb.

Onlardan yalnız ikisi – “Neftçi” və “Qarabağ” bütün mövsümlərdə mükafatlar uğrunda mübarizə aparıb. Əvvəlki 29 çempionatın ümumi cədvəlinə də bu iki komanda başçılıq edir.

Qələbəyə görə üç xalın hesablandığı cədvəldə “Neftçi” 1-ci, “Qarabağ” 2-cidir. Bakı klubunu Ağdam təmsilçisindən cəmi üç xal ayırır. 3-cü sırada qarşıdakı mövsümün daha bir iştirakçısı “Keşlə” qərarlaşıb.

Liderlər cari mövsümdə 1-ci yer uğrunda öz aralarında mübarizə aparacaqsa, 3-cü pillənin dəyişəcəyi gözlənilmir.

Həmin kateqoriyadan