“Oyundan gözləntim çox idi, amma tam əksini gördüm”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov ölkə kubokunun yarımfinalında “Zirə”yə qarşı ilk oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 1:2 uduzduqları görüş barədə bunu söyləyib:

“Oyundan gözləntim çox idi, amma tam əksini gördüm. Məğlubiyyətdən daha çox pis oynamağımız mənə təsir etdi. Lakin hələ heç nə bitməyib.

Rəqib meydanında qələbə qazana bilərik. Komandam 180 dərəcə dəyişməlidir. Bu qarşılaşma bizi düşünməyə vadar edir”.

Həmin kateqoriyadan