“Oyunumuzu daha yaxşılaşdırmaq barədə fikirləşməliyik”

 “Qarabağ” premyer liqanın 21-ci turunda “Səbail”ə 5:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Hər mövsüm qarşımıza ən yüksək pilləni hədəf kimi qoyuruq. Bütün oyunlara maksimum qələbə hissi ilə çıxırıq. Hər matçda daha yaxşı oynamaq istəyirik. Qarşıdakı 13 xalı düşünmürük. Matçın erkən saatlarda keçirilməsi oyunun tempini aşağı sala bilər.

Ancaq layiqli qələbə qazandıq. Oyunumuzu daha yaxşılaşdırmaq barədə fikirləşməliyik. Millinin oyunları ilə əlaqədar futbolçuların çoxu bizimlə birgə olmadığından, bir az narahatlığım var idi. Sevindirici haldır ki, hər şey qaydasında oldu”.

Həmin kateqoriyadan