Paralimpiya komitəsində görüş

Mayın 19-da milli paralimpiya komitəsinin (MPK) rəhbərliyi Tbilisidə keçirilən parapauerliftinq üzrə dünya kubokunda çıxış etmiş paralimpiyaçılarla görüşüb.

Allsport.az xəbər verir ki, görüşdə dünya kubokunda 3 qızıl və 3 gümüş medal qazanan parapauerliftinqçilərlə məşqçinin fikirləri dinlənilib, böyük əksəriyyəti gənclərdən ibarət olan milli komandanın uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə edilib.

Tədbirdə MPK-nın baş katibi Toğrul Rəhimov, idman şöbəsinin müdiri Cavad Axundzadə, beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım və mətbuat katibi Fərid Qarazadə iştirak ediblər.

Dünya kubokunda paralimpiyaçılardan Rəsul Zəkiyev (88 kq) gənclər arasında iki qızıl, Pərvin Məmmədov (49 kq) bir qızıl və bir gümüş, Talib Zeynalov (+107 kq) ilə Zəhra Dadaşova (61 kq) isə gümüş medal qazanıblar.

Həmin kateqoriyadan