- Baxış sayı: 53
- 25 Mart 2026 17:33
- Baxış sayı: 210
- İyun 15, 2026
- 0

Sumqayıt paralimpiya idman kompleksində ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, iyunun 18-də 30-a yaxın paraüzgüçü 9 müxtəlif dərəcə üzrə mübarizə aparacaq.
Yarışın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafını dəstəkləmək, həmçinin gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil edəcək yeni paraüzgüçülər nəslinin formalaşdırılmasına töhfə verməkdir.
İlk dəfə təşkil olunan paraüzgüçülük üzrə ölkə çempionatı milli komandanın potensial üzvlərinin müəyyənləşdirilməsi, yeni istedadların üzə çıxarılması və bu idman növü üzrə ehtiyat idmançı bazasının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.