PFL-in vitse-prezidenti: Ölkə kubokuna sponsor olmaq istəyənlərlə son məxrəcə gələ bilməmişik

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan kubokunun püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, 14 komandanın təmsil olunduğu tədbirdə PFİ-in vitse-prezidenti Aslan Şahgəldiyev iştirakçıları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirib:

“Kubokun titul sponsoru ilə bağlı bir neçə şirkətlə danışıq aparmışıq, real yanaşanlar var, amma hələ də son məxrəcə gələ bilməmişik, razılaşmadığımız məqamlar var. Kubokun başlamasına bir aydan çox vaxtımız qalır, ona kimi bütün detallarda razılığa gəlib ən optimal varinatı seçsək, bu mövsümə sponsorla başlayacağıq.

Yox, əgər hər şey düşündüyümüzün əksinə getsə, bu mövsüm kubokun titul sponsoru olmayacaq”.

Həmin kateqoriyadan