- Baxış sayı: 23
- 23 Mart 2023 23:00
- Baxış sayı: 241
- Mart 22, 2023
- 0
Bu gün AFFA-nın inzibati binasında PFL-in konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda qurumun prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və güclülər dəstəsindən 9 klubunun nümayəndələri iştirak ediblər.
Avrokubok oyunlarına görə səfərdə olduqlarından “Zirə” klubunun nümayəndəsi iclasda olmayıb. Konfransda PFL prezidenti Ramin Musayevin səhhəti ilə əlaqədar vəzifəsindən ayrılması məsələsinə baxılıb və qəbul edilib.
Sonra yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə peşəkar futbol liqasının prezidenti seçilib.