“Psixoloji təzyiq var idi”

“Neftçi” premyer liqanın 24-cü turunda rəqib meydanında “Səbail”i 1:0 məyus edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “qonaqların baş məşqçisi Samir Abbasov qələbəni belə şərh edib:

Futbolçularımı təbrik edirəm. Bu cür oyunlar da olur. Məcburiyyətdən çox qaçdıq. Halbuki bunu istəmirdik. Çünki fikrimiz ən azından kubok oyununa gümrah qalmaq idi.

Əfsuslar olsun ki, belə olmadı. Futbolçularımı başa düşürəm. Psixoloji təzyiq var idi. Məqsədimiz qalib gələrək seriyamızı davam etdirmək idi”.

Həmin kateqoriyadan