“Qəbələ” məşqçi heyəti ilə müqaviləni artırdı

“Qəbələ” baş məşqçi Elmar Baxşıyev və onun köməkçiləri ilə müqavilə müddətini uzadıb. Allsport.az saytı xəbər verir ki, 42 yaşlı mütəxəssis, həmçinin Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma 1 il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqavilələri 2021-2022-ci illər mövsümünün sonunda başa çatacaq məşqçilər korpusu daha bir mövsüm “qırmızı-qaralar”ı çalışdıracaq. Məşqçilərlə imzalanan yeni anlaşma 2022-2023-cü illər mövsümünün sonunadək olan dövrü əhatə edəcək. 

Həmin kateqoriyadan