“Qəbələ” millimizi məğlub etdi

21 yaşadək futbolçulardan ibarət millimiz daha bir yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı komanda “Qəbələ” ilə qarşılaşıb.

8-ci km stadionunda baş tutan oyunda “Qəbələ” 3:2 hesabı ilə qalib gəlib.

Millimizin heyətində Musa Qurbanlı ilə Rüfət Abdullazadə fərqlənib. “Qəbələ”yə qələbə qazandıran qolları isə Stefan Vukçeviç, Ülvi İsgəndərov və Ceyms Adeniyi vurub.

U-21 bundan əvvəlki yoxlama oyunlarında “Qarabağ” (4:2), “Neftçi” (1:3) və “Qaradağ Lökbatan”la (3:3) qarşılaşmışdı. “Qəbələ” isə “Zirə” ilə yoxlama matçından 2:1 hesabıyla qalib ayrılmışdı.

Həmin kateqoriyadan