Qəbələ səfərdən 3 xalla dönür

Azərbaycan premyer liqasında III tura start verilib.

Allsport.az xəbər verir ki, açılış oyununda “Sabah” “Qəbələ”ni qəbul edib. Masazırdakı “Bank Resbublika Arena”da keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qırmızı-qaralar”ın heyətində qolları 53-cü dəqiqədə Yaovi Akakpo, qarşılaşmanın əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə Ülvi İsgəndərov vurublar.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Qəbələ” liderliyə yüksəlib. 3 turdan sonra xalı olmayan “Sabah” isə sonuncudur. Paytaxt təmsilçisi cari mövsümdə qol da vura bilməyib.

Həmin kateqoriyadan