“Qəbələ” tarixində mühüm qol

“Qəbələ” tarixində 750-ci qolunu vurub. Allsport.az xəbər verir ki, bu, premyer liqanın 27-ci turuna təsadüf edib.

“Sabah”la ev oyununda (2:2) rəqib qapısına vurulan 2-ci top “qırmızı-qaralar” üçün yubileylə əlamətdar olub. Bu topu Stefan Vukçeviç vurub.

İlk rəsmi matçını 16 il öncə keçirən “Qəbələ” 576-cı oyununda “750”yə çatıb. Bu qollardan 527-si premyer liqa, 115-i ölkə kuboku, 72-si I dəstə, 36-sı Avropa liqasına təsadüf edib. “Qəbələ” indiyədək evdə 423, səfərdə 325, neytral meydanda 2 qol vurub.

Həmin kateqoriyadan