“Qəbələ” yubiley qələbəsini qazanıb

Azərbaycan premyer liqasının III turunun “Sabah”la oyunu “Qəbələ” üçün yubileylə əlamətdar olub.

Allsport.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ölkə çempionatında 75-ci səfər qələbəsini qazanıb.

Bu, 2006-cı ildən premyer liqada çıxış edən komandamızın rəqib meydanlarındakı 222-ci matçında qeydə alınıb. Digər görüşlərdə 56 heç-heçəsi olan “qırmızı-qaralar” 91 dəfə uduzub. “Qəbələ” ölkə çempionatlarının 29 illik tarixində səfərdə 75 və daha çox qələbə qazanan 7-ci komandadır. 

Premyer liqada əlamətdar səfər qələbələri 

1-ci. 26.08.2006. “Şahdağ” (Qusar) – “Gilan” (Qəbələ) – 0:1 

25-ci. 11.05.2012. “Neftçi” (Bakı) – “Qəbələ” – 0:1 

50-ci. 17.10.2015. “Neftçi” (Bakı) – “Qəbələ” – 0:1 

75-ci. 11.09.2021. “Sabah” (Bakı) – “Qəbələ” – 0:2 

75-ci səfər qələbəsini qazanan “Qəbələ” xallarının sayını 7-yə çatıb. Bu, ilk üç oyun üçün klub tarixinin rekordunun təkrarıdır. “Qırmızı-qaralar” 2015/16 və 2016/17 mövsümlərində də ilk üç qarşılaşmada 7 xal toplayıb.

Həmin kateqoriyadan