- Baxış sayı: 31
- 10 Noyabr 2026 11:54
- Baxış sayı: 250
- Noyabr 09, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, İsnik Alimi yubileyi premyer liqanın 15-ci turuna təsadüf edib. “Sumqayıt”la səfərdəki matç onun üçün “qırmızı-qara” forma ilə 50-ci olub.
1:1 hesabı ilə nəticələnən qarşılaşmada hesabı da o açıb. Bu, onun “Qəbələ”də 17-ci qolu olub.
Şimali makedoniyalı yarımmüdafiəçi premyer liqada 42 (14 qol), Azərbaycan kubokunda 6 (3 qol), avrokuboklarda 2 dəfə fürsət qazanıb.
Yarımmüdafiəçinin “Qəbələ”də debütü 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfərdəki çempionat görüşünə (2:2) təsadüf edib.