“Qəbələ”də iki nigeriyalı futbolçu

“Qəbələ” klubu heyətinə iki yeni futbolçu cəlb edib.
Allsport.az xəbər verir ki, klub nigeriyalı yarımmüdafiəçilər – 18 yaşlı Çiçin Akande və 20 yaşlı Munaçi Okvaranı heyətinə qatıb.
Hər iki futbolçu “Qəbələ”nin əvəzedici heyətində birinci divizionun ilk turunda Gəncədə “Kəpəz”ə qarşı matçda (0:0) çıxış edib.
Okvara 46-cı, Akande isə 67-ci dəqiqədə meydana daxil olub.

Həmin kateqoriyadan