“Qəbələdə yerli komandadan 1 xal almaq xoşdur”

“Kəpəz” premyer liqanın 11-ci turunda səfərdə “Qəbələ” ilə 1:1 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonarların baş məşqçisi Tərlan Əhmədov görüşü belə şərh edib: “Bura üç xal üçün gəlmişdik. Ardıcıl iki oyundakı məğlubiyyətdən sonra yenə uduzmaq xoş olmazdı. Ona görə bu oyuna çox ciddi hazırlaşmışdıq. Komplektləşmiş komandaya qarşı oynadığımızdan çətin görüş oldu.

İlk dəqiqələrdə həyacan və səhvlər var idi. Birinci hissə yox, ikinci hissə məni tamamilə qane etdi. Bilirdik ki, rəqib bu gün əks-hücumlarda oynayacaq. Ele qolu da bizi oxşar vəziyyətdə tutub standartdan vurdular. Fasilədən sonra uşaqlar mən istədiyim futbolu oynadılar.

Məcburiyyətdən ilk yarıda əvəzləmə etdim, çünki Ruslan Süleymanovun mövqeyində axsama var idi. Fərid Nəbiyevin meydançaya buraxılmasının əsas məqsədi oyunu gücləndirmək idi və bunun da bəhrəsini gördük. Amma Fərid də zədədən sonra tam formada deyil. Qəbələdə yerli komandadan 1 xal almaq xoşdur”.

Həmin kateqoriyadan