- Baxış sayı: 31
- 10 Noyabr 2026 11:54
- Baxış sayı: 251
- Noyabr 09, 2026
- 0

“Qəbələ”nin qış fasiləsində Türkiyədə baş tutacaq təlim-məşq toplanışının vaxtı və yoxlama oyunlarındakı rəqibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” mövsümünün 2-ci yarısına Antalyada hazırlaşacaq. Toplanış 2023-cü il yanvarın 4-dən 17-dək keçiriləcək.
Elmar Baxşıyevin komandası qonşu ölkədə iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” yanvarın 12-də Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gələcək. 4 gün sonra 2-ci sınaqdakı rəqib çex təmsilçisi “Teplitse” olacaq.